İELTS kursları

IELTS dünyanın qabaqcıl universitetləri tərəfindən tələb olunan imtahandır, buna görə də IELTS kursları üçün düzgün seçim etmək lazımdır!

IELTS kurslarımız həftədə 2 dəfə (1 dərs - 2 saat müddətində, "coffee-break" daxil) + 2 dəfə Talk Session, dərslərdən əlavə ay ərzində İngilis dilində Movie Club, Mafia Game və digər inkişaf etdirici tədbirlər təşkil olunur

IELTS (International English Language Testing System - Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi) proqramı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin ingilis dili biliyini 4 meyar üzrə qiymətləndirmək üçün müəyyənləşdirilmiş imtahandır.

IELTS imtahanında iştirakçılar 9 ballıq sistemlə qiymətləndirilir. Dünyanın 500 test mərkəzində həyata keçirilən imtahanların keyfiyyətinə nəzarət ən yüksək səviyyədə təşkil edilir.

IELTS imtahanı 2 formada həyata keçirilir:

  • Akademik - bakalavriat, yaxud magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin yoxlanılması üçün;
  • Ümumi təlim - bakalavriat pilləsindən aşağı səviyyədə öyrənmək, yaxud işləmək məqsədi ilə ingilisdilli ölkələrə getmək üçün. Bu formaya daha çox İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdəki təşkilatlara müraciət olunduğu zaman üstünlük verilir.

IELTS-in nəticələri Avstraliya, Kanada, Yeni Zelandiya, Türkiyə, İngiltərə və Amerika Birləşmiş Ştatları kimi ölkələrdəki şirkətlər və universitetlər tərəfindən qəbul edilir. Azərbaycanda da bu imtahanın nəticəsi getdikcə daha çox tanınmağa başlayır. Artıq özəl qurumlarla yanaşı, dövlət müəssisələri də IELTS imtahanının nəticələrini tanıyırlar.

IELTS imtahanını dünyanın 6000-dən, ABŞ-ın isə 1400-dən çox universiteti və dövlət qurumları qəbul edir. İmtahanda iştirak edənlərə özlərini yenidən sınamaq imkanı verilir. IELTS dünya üzrə dil səviyyəsinin müəyyənləşdirilməsində ən yüksək beynəlxalq nüfuza malikdir.

IELTS imtahanında tam şəffaflığın təmin edilməsi məqsədilə müvafiq araşdırmalara da imkan verilir. IELTS Avstraliya və "British Council" tərəfindən maliyyələşdirilən IELTS Birgə Araşdırma Proqramı əhatəli və rabitəli qaydada imtahanın ümumi təhlilini və obyektivliyinin təmin olunmasını həyata keçirir.

İmtahanın formatı:

IELTS imtahanı dinləmə (listening), oxu (reading), yazı (writting), danışıq (speaking) bölmələrindən ibarətdir.
Danışıq bölməsini çıxmaq şərti ilə ümumi imtahan vaxtı 2 saat 45 dəqiqədir. Belə ki, bu bölmə digərlərindən fərqli olaraq əvvəlcədən təyin olunmuş başqa tarixdə keçirilir. İngilis dilində danışıq qabiliyyəti test proqramına uyğun olaraq canlı söhbətlə müəyyənləşdirilir.

  • İngilis dili +

    Biz SİZə geniş əhatəli dərs proqramı, müasir metodika, təcrübəli müəllimlər təklif edirik! Burada hər kəs öz hədəflərinə çata bilər! Təhsil Read More
  • Fransız dili +

    Вы бы хотели за кратчайшие сроки выучить иностранный язык? Грамотно и красиво изъясняться на иностранном языке? Владеть не только разговорной Read More
  • İELTS kursları +

    IELTS dünyanın qabaqcıl universitetləri tərəfindən tələb olunan imtahandır, buna görə də IELTS kursları üçün düzgün seçim etmək lazımdır! IELTS kurslarımız Read More
  • Ingilis Dili Turistlər Üçün +

    Ingilis Dili Turistlər Üçün! Bu kurs Xaricə gedənlər uçün nəzərdə tutulub. Məqsədlər müxtəlif ola bilər Təhsil, Iş, Məzuniyyət... Turistlər üçün Read More
  • Русский язык +

    Вы бы хотели за кратчайшие сроки выучить иностранный язык? Грамотно и красиво изъясняться на иностранном языке? Владеть не только разговорной Read More
  • Xarici dillər +

    İNGİLİS DİLİ İTALYAN DİLİ ALMAN DİLİ ÇİN DİLİ RUS DİLİ PORTUQAL DİLİ  FRANSIZ DİLİ  AZƏRBAYCAN DİLİ Read More
  • Azərbaycan dilinin xarici dil kimi tədrisi +

    В нашем Центре существуют несколько программ изучения русского языка. Общий курс насчитывает несколько уровней: Курс для начинающих включает базовые знания Read More
  • 1