Məktəbli hazırlığı

        Bir çox şagirdlərin valideynləri belə bir problemlə rastlaşırlar – uşağı məktəbdən sonra nə ilə məşğul etmək olar...? Əgər ana bütün gün işləyirsə və uşaqla günün ikinci yarısını keçirməyə imkanı yoxdursa, onda bir çox ailələr üçün bizim proqramımız əla imkan yaradır. Təəssüf ki, Bakıda belə proqramlar elə də çox deyil. Bəzi məktəblərdə dərsdən sonra qalmaq mümkün olmur. Bəzilərində, kiçik qruplar yaradıldığı üçün bütün uşaqlara yer olmur və ya əksinə olduqca böyük qruplar olduğu üçün yalnız qışqırıq səslərindən ibarət olan məşğələlər keçir və bu halda onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmirlər. Uşaqlar nə dincəlir nə də ki, ev tapşırıqlarını yerinə yetirilər.

       Əgər siz uşağınızın məktəbdən sonra vaxtını faydalı keçirməyini, istirahət etməsini, ev tapşırığını yerinə yetirməsini istəyirsinizsə, onda onu bizim proqramımıza gətirin. "Creative TK"-nın təşkil etdiyi uzadılmış gün qrupu, məktəblilər üçün yaradılmışdır.
Birinci növbə üzrə təhsil alan uşaqlar 15.00-18.00 -ə, ikinci növbə üzrə təhsil alan uşaqlar isə 09.00-12.00 –yə qədər Təhsil Kompleksimizdə olacaqlar.

Proqramın üstünlükləri:

  • Məktəbdən sonra istirahətə imkan yaradan rahat mühit yaradılmışdır;
  • Çox böyük olmayan qruplar (hər qrupda ən çox 10 uşaq);
  • Creative TK-da uşaqlar məktəb formalarını dəyişib daha rahat geyim geyinirlər;
  • Bütün dərslər oyun formasında keçirilir və bu uşaqların yorulmasının qarşısını alır;
  • Dərslərdə müasir, interaktiv avadanlıqlardan istifadə edilir;
  • Asudə vaxtlarında uşaqlar bir-biri ilə oynamaq imkanına malikdirlər;
  • Biz hər bir uşağa fərdi yanaşdığımıza dair zəmanət veririk;
  • Ev tapşırıqları təcrübəli müəllimlərin nəzarəti altında yerinə yetirilir;
  • Valideynlər öz uşaqları üçün (yaradıcılıq, vokal, loqoped, ingilis dili, qum rəsm çəkməsi) əlavə inkişaf proqramları seçə bilərlər.

Proqram sayəsində uşaqlar vaxtlarını faydalı şəkildə keçirirlər, valideynlər isə ev tapşırıqlarının yerinə yetirilməsi qayğısından azad olur və daha çox asudə vaxt əldə edirlər.

  • İngilis dili +

    Biz SİZə geniş əhatəli dərs proqramı, müasir metodika, təcrübəli müəllimlər təklif edirik! Burada hər kəs öz hədəflərinə çata bilər! Təhsil Read More
  • Fransız dili +

    Вы бы хотели за кратчайшие сроки выучить иностранный язык? Грамотно и красиво изъясняться на иностранном языке? Владеть не только разговорной Read More
  • İELTS kursları +

    IELTS dünyanın qabaqcıl universitetləri tərəfindən tələb olunan imtahandır, buna görə də IELTS kursları üçün düzgün seçim etmək lazımdır! IELTS kurslarımız Read More
  • Ingilis Dili Turistlər Üçün +

    Ingilis Dili Turistlər Üçün! Bu kurs Xaricə gedənlər uçün nəzərdə tutulub. Məqsədlər müxtəlif ola bilər Təhsil, Iş, Məzuniyyət... Turistlər üçün Read More
  • Русский язык +

    Вы бы хотели за кратчайшие сроки выучить иностранный язык? Грамотно и красиво изъясняться на иностранном языке? Владеть не только разговорной Read More
  • Xarici dillər +

    İNGİLİS DİLİ İTALYAN DİLİ ALMAN DİLİ ÇİN DİLİ RUS DİLİ PORTUQAL DİLİ  FRANSIZ DİLİ  AZƏRBAYCAN DİLİ Read More
  • Azərbaycan dilinin xarici dil kimi tədrisi +

    В нашем Центре существуют несколько программ изучения русского языка. Общий курс насчитывает несколько уровней: Курс для начинающих включает базовые знания Read More
  • 1